Sabirabadda vəziyyət kritikləzib

img

07-03-2011 [02:44]


Sabirabad rayonunda yenidən kütləvi ixtişaşlar yaşana bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sabirabad rayon mərkəzində aparılan yoxlamalardan sonra minlərlə insanın adına yazılmış ünvanlı sosial yardımların mənimsənilməsiylə bağlı faktlar ortaya çıxıb. Bu barədə MIA-ya Ümid Partiyasının funksioneri Razi Abasbəyli məlumat verib. ?Şənbə günündən etibarən mərkəzin işçiləri gecə saatlarında vətəndaşların mənzillərinə gedərək onlarla illərdir özlərində saxladıqları və mənimsədikləri yardım kartlarını verirlər. Şənbə günü nazirliyin rayon mərkəzinin Cavad kəndi üzrə nümayəndəsi Natiq Fərəcov evlərə gələrək vətəndaşlara yardım kartlarını qaytarmaq istəyib. Həmkəndlilərimin dediyinə görə, təxminən 700-ə yaxın ünvanlı sosial yardım kartlarının qaytarılmasına cəhd olub. Lakin vətəndaşlar bu kartları götürməkdən imtina edərək illərdir mənimsənilən yardımlarını tam olaraq geri istəyirlər. Müxtəlif vasitələrdən istifadə etməklə narazılıq edən insanları sakitləşdirmək istəyirlər? deyə həmsöhbətimiz bildirdi. Verilən məlumata görə, ƏƏSMN-nin işçiləri sovetliklər üzrə əhalinin yardım kartlarını mənimsəmək və ehtiyac içində olan insanlara faizlə borc verməklə məşğul olublbar. ?Məsələn Əlicanlı kəndində böyük bir market işlədən Əlicanov soyadlı bir adam var. O mərkəzin rəhbəri Bariz Mehdizadənin yaxın adamıdır. Həmin adam da insanlara faizlə borc verməklə məşğul olur. Başqa bir adam Yuxarı Cavad kəndində yaşayan Şövqi Rüstəmovdur. Bu adam Sabirabad rayon peşə məktəbinin direktoru Əlifağa Rüstəmovun qardaşıdır. Eyni zamanda rayon poçtamtının müdiri Şirəslan Qasımovun qudasıdır. Yerli camaatdan aldığımız məlumata görə, Şövqi Rüstəmov da insanların yardımlarını mənimsəyən və əvəzində ehtiyac içində olan adamlara faizlə borc verən Bariz Mehdizadənin adamlarından biridir? deyə R.Abasbəyli bildirdi. Başqa bir mərkəz əməkdaşı Anar adlı şəxsin də sosial yardımları mənimsəməkdə iştirakçı olduğu deyilir. Hazırda ƏƏSMN-nin Sabirabad rayon mərkəzinin binası qarşısında yüzlərlə insan var ki, illərdir mənimsənilən yardımlarını geri istəyir. ?Mənim əmimin, Abasov Fuad Yusif oğlunun da ünvanlı sosial yardımları mənimsənilib. Cavad kəndində Fərəcov Zahid Xanqulu oğlunun da iki illik yardımı mənimsənilib. Yüzlərlə belə insan var ki, biz hazırda onların siyahısını tam olaraq toplamağa çalışırıq. Bu faktlar araşdırılır. Lakin nədənsə, hələlik insanlara konkret olaraq Sabirabad rayonunda ünvanlı sosial yardım alanların siyahısı tam olaraq təqdim edilmir. Kim etiraz edib adının orada olmasını dəqiqləşdirmək istəyirsə, yalnız həmin vətəndaşlara cavab verilir? deyə həmsöhbətimiz bildirdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA