Ramil Usubov bölgələrdə vətəndazları qəbul edəcək

img

05-03-2011 [04:02]


Azərbaycanın daxili işlər naziri bölgələrdə vətəndaşları qəbul edəcək. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazir, general-polkovnik Ramil Usubov tərəfindən cari ilin mart ayının 15-də Şirvan şəhərində, 26-da isə Quba rayonunda daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu keçiriləcək. Vətəndaşların qəbulu Şirvan regionu üzrə Şirvan şəhər polis şöbəsində, şimal regionu üzrə isə Quba rayon polis şöbəsində saat 11:00-da başlayacaq. Nazirlikdən bildirilib ki, Şirvan regionu üzrə Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Saatlı, Cəbrayıl , şimal regionu üzrə isə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarının sakinləri qəbul olunacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA