?HƏDƏF? Gənclər Koalisiyasının sədri gəncləri ayıq olmağa çağırır

img

05-03-2011 [12:58]


"Biz ?HƏDƏF? Gənclər Koalisiyası olaraq gənc fəal Bəxtiyar Hacıyevin qanunsuz və əsassız həbsini pisləyir, gənclərə qarşı represiyanın dayandırılmasını və dərhal azad edilməsini Azərbaycan iqtidarından tələb edirik". Bu fikirlər ?HƏDƏF? Gənclər Koalisiyasının sədri Ağasif Şakiroğlu tərəfindən səslənib. A.Şakiroğlu bildirir: "Son günlər Cabbar Savalanın həbsi, ali məktəblərdə müəllimlərin tələbələrlə apardığı ?marifləndirici? söhbətlər və Bəxtiyar Hacıyevin həbsi açıq göstərir ki, iqtidar talaş içindədir və nə ehdiyinin fərqində deyil. İqtidara bildirmək isdəyirəm ki, bu gür mənasız həbslər nə Azərbaycan gəncliyini nədə Azərbaycan xalqını qorxudan deyil! İqtidar əmin olsun ki, gənclərə qarşı davam edən represiya gənclərdə iqtidara qarşı olan aqresiyanı bir azda artırmış olacaq. Bu gür represiv yollarla iqtidar Azərbaycanda gözlənilən hadisələrin qarşısını almaq yolu tutubsa Azərbaycan iqtidarı yanılıb! Mən Azərbaycan gəncliyini ayıq sayıq olmağa, ani bir zaman küçələrə çıxıb tapdanmış hüquqlarının müdafiəsi uğrunda mübarizəyə hazır olmağa çağırıram!".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA