Erməni əsirliyində olan əsgərimizin məktubu

img

04-03-2011 [06:58]


Ermənistan tərəfinə əsir düşən Azərbaycan Ordusunun kiçik çavuşu, 1985-ci il təvəllüdlü Roman Novruz oğlu Hüseynov ailəsinə məktub yazıb. Əsirin anası Natavan Babayevanın verdiyi məlumata görə, məktub dünən onlara Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təqdim olunub. ?Salam. Necəsiniz? Məndə hər şey qaydasındadır. Heç bir problemim yoxdur. Sağlamlığım da qaydasındadır. Əsas odur ki, özünüzə fikir verin. Dərd-qəm çəkməyin. Allahın köməkliyilə hər şey qaydasına düşəcək. Öpürəm hamınızı. Sağ olun-salamat qalın?, deyə Roman məktubda bildirib. Natavan xanım bildirdi ki, bu, Romanın artıq altıncı məktubudur. Qeyd edək ki, kiçik çavuş Roman Hüseynov Daşkəsəndə N saylı hərbi hissədə manqa komandiri olaraq aprel ayından avqustun 22-ə qədər xidmət edib. O, 2010-cu ilin avqustun 27-də Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb(anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA