Azərbaycanda rezidenturaya qəbul qaydaları martın 15-dək açıqlanacaq

img

04-03-2011 [05:17]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul qaydalarını martın 15-dək açıqlayacaq. TQDK-dan verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq rezidenturaya qəbul artıq TQDK tərəfindən aparılacaq. Bununla əlaqədar TQDK tərəfindən yaradılmış Səhiyyə Nazirliyinin və Tibb Universitetinin mütəxəssislərindən ibarət işçi qruplarında baza ali tibb təhsili əsasında rezidenturaya qəbul qaydaları və bütün istiqamətlər üzrə, o cümlədən müalicə işi və pediatriya, stomotologiya, tibbi biologiya, tibbi profilaktika istiqamətləri üzrə qəbul proqramları hazırlanıb. Qeyd olunan istiqamətlər üzrə həm baza fənlərindən, həm də ixtisas fənləri üzrə test modelləri də hazırlanıb. Həmin materiallar martın 15-dək jurnal şəklində dərc olunacaq. Rezidenturaya qəbul imtahanının sentyabrda keçirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA