Ombudsman Milli Məclisə hesabat verib

img

04-03-2011 [04:26]


Martın 4-də İnsan hüquqları üzrə müvəkkil - ombudsman Elmira Süleymanova Milli Məclisdə illik məruzə ilə çıxış edib. Deputatlar Mübariz Qurbanlı, Zahid Oruc hesabatı bəyəniblər. İqbal Ağazadə isə deyib ki, Ombudsmanın bu hesabatı icra strukturlarının bir əlavəsi kimi çap olunan materialdan artıq bir şey deyil: ?Hesabatda bir sıra vacib məsələlər, eləcə də siyasi partiyalar haqqında qanun, sərbəst toplaşma azadlığı, Bakı şəhər İcra Hakimiyyətinin siyasi partiyaların müraciətlərinə verdiyi mənfi cavablarla bağlı heç nə qeyd olunmayıb?. Milli Məclisin martın 4-də keçirdiyi iclasda 18 məsələyə baxılması nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA