Deputatlar gündəmdəki məsələlərə münasibət bildiriblər

img

04-03-2011 [01:54]


Bu gün Milli Məclisin növbəti iclası keçirilib. Gündəliyə keçməzdən əvvəl deputatlar cari məsələlərlə bağlı təkliflərini səsləndiriblər. Millət vəkili Fazil Mustafa Qəbələ Radiolokasiya Stansiyasının Rusiya tərəfindən modernləşdirilməsinə başlanmasına etiraz edib. O qeyd edib ki, Rusiyanın modernləşdirmə işləri aparması onun bu hərbi stansiyaya marağının uzun olacağını və oranı uzun müddətdə işlətmək niyyətində olduğundan xəbər verir. Millət vəkili Zahid Oruc isə Qarabağ probleminin həllinə dair prezidentlərin sabah Soçidə başlayacaq görüşündən gözlənilən nəticələr barədə danışıb. O, Ermənistan prezidentinin hər danışıqlar ərəfəsində danışıqları pozmaq üçün ən müxtəlif vasitələrə əl atdığını, ictimaiyyətdə ajiotaj yaratdığını bildirib: ?Mən qəti şəkildə bildirirəm ki, Ermənistan danışıqlarda konstruktiv mövqe tutmur. Ermənistan tərəfi hər zaman bu cür danışıqlar ərəfəsində prosesi pozmağa çalışırlar?. Zahid Oruc onu da qeyd edib ki, danışıqların məhz Rusiyanın nəzarəti altında keçirilməsi birbaşa Ermənistanın maraqlarına cavab verir. O hesab edir ki, Rusiya ATƏT-in həmsədri kimi bu məsələdə obyektivliyini qorumalıdır. Əks halda danışıqların Rusiya ilə aparılmasının heç bir mənası yoxdur. Millət vəkili Fərəc Quliyev isə çıxışında Ermənistan-Azərbaycan münaqişəsi ifadəsi işlədilərkən rəsmi açıqlamalarda və yazışmalarda Dağlıq Qarabağ adının çəkilməsinin düzgün olmadığını deyib və bu ifadənin çıxarılmasını təklif edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA