Ramil Səfərov ölkəmizə ekstradisiya edilə bilər

img

04-03-2011 [12:34]


Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Azərbaycan ordusunun zabiti Ramil Səfərov ölkəmizə ekstradisiya edilə bilər. Bu barədə Macarıstandan qayıdan xarici işlər naziri Xələf Xələfov jurnalistlərə bildirib. ?Ümid edirəm ki, bu məsələyə Azərbaycanın və Macarıstanın üzv olduğu Avropa Şurasının Konvensiyası çərçivəsində baxıla bilər?-deyə nazir müavini bildirib. Onun sözlərinə görə, məsələ qaldırılacağı təqdirdə Macarıstan hökümətində ona baxması mümkündür. Qeyd edək ki, 2004-cü ildə Macarıstanın paytaxtı Budapeştdə NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqrami çərçivəsində kurs keçən zabitimiz fevralın 19-da eyni kursun müdavimi erməni zabit Qurgen Markaryanı Azərbaycan bayrağını təhqir elədiyinə görə öldürüb. Budapeşt Məhkəməsinin qərarı ilə Ramil Səfərov ömürlük azadlıqdan məhrum edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA