Edar Əzizov ümumzəhər müzavirəsinə bazlayır

img

03-03-2011 [01:21]


[b]Bəzi məmurların korrupsiya səbəbindən həbsi də mümkündür[/b] Bir müddət öncə prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı təyin olunan Eldar Əzizov kadr islahatlarına start verib. Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, icra başçısı sabah ümumşəhər müşavirəsi keçirmək qərarı verib. İcra hakimiyyətindən aldığımız məlumatda bildirilir ki, E.Əzizov Sumqayıta gəldiyi gündən bəri şəhərlə tanış olub, yüksək vəzifə sahibləri və şəhərin nüfuzlu iş adamları barədə araşdırma aparıb: ?Eldar Əzizov artıq Sumqayıtda gedən proseslər barədə ilkin məlumat toplayıb. Sabah isə İcra Hakimiyyəti Aparatının əsas nümayəndələrinin və şəhərin nüfuzlu iş adamlarının iştirakı ilə ümumşəhər müşavirəsi keçirəcək. Artıq bu gündən İcra Aparatının aparıcı şəxsləri işdən çıxmaları barədə ərizələrini yazıblar. Sabahkı müşavirədə kimin vəzifədə qalıb-qalmayacağı bəlli olacaq. İndidən demək olar ki, müşavirədə keçmiş icra başçısı Vaqif Əliyevin yaxın kadrlarının ?vurulacağı? gözlənilir?. Aldığımız məlumatda həm də bildirilir ki, İcra Hakimiyyətinin bəzi yüksək vəzifəli şəxslərinin korrupsiyaya qarşı mübarizə müstəvisində məsuliyyətə cəlb olunması da mümkündür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA