Azərbaycan Ordusunun əsgəri bıçaqlanıb

img

02-03-2011 [05:40]


Müdafiə Nazirliyinin Zirə qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinin əsgəri ağır bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Xəstəxanasına aparılıb. Xəstəxanadan verilən məlumata görə, yaralı bu gün saat 08.00 radələrində daxil olub. 23 yaşlı Muxtar Ələsgərov ikisi daxilə nüfuz edən olmaqla qarın nahiyəsindən 3 zərbə alıb. Yaralının dalağı götürülərək ona süni nəfəs aparatı qoyulub. Hazırda əsgərin vəziyyətinin ağır olduğu bildirilir. İlkin məklumata görə, o, əsgər yoldaşı tərəfindən bıçaqlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA