Şahmar Mövsümov MHŞT-nin idarə Heyətinin iclasında iztirak edib

img

02-03-2011 [04:46]


Parisdə Mineral ehtiyatların hasilatı ilə məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin növbəti iclası keçirilib. Azərbaycan Dövlət Neft Fondundan verilən məlumata görə, Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə Hökumət Komissiyasının sədri, Dövlət Neft Fondunun icraçı sirektoru Şahmar Mövsümov iclasda iştirak edib. Toplantıda İdarə Heyətinin xüsusi qiymətləndirmə prosesindən keçmiş 6 ölkəyə (Norveç, Qırğızıstan, Nigeriya, Yəmən, Niger, Mərkəzi Afrika Respublikası) tamhüquqlu üzv statusunun verilməsi qərara alınıb. Daha iki ölkəyə isə (Qvatemala və Trinidad və Tobaqo) namizədlik statusu verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA