Gənclər ?Qaçqınkom? sədri Əli Həsənovla görüzdülər, və fikir mübadiləsi apardılar

img

02-03-2011 [02:34]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının rəhbərliyi və üzv təşkilatları Baş Nazirin müavini Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində öz fəaliyyətini davam etdirir. ARGTMŞ tərəfindən irəli sürülmüş və gözəl ənənə halını almış, hökumət, dövlət və rəsmi qurumlarla aktiv gənclər təşkilatlarının görüşdürülməsi təşəbbüsü gənclər tərəfindən çox böyük maraq və həvəslə qarşılanmaqdadır. Bu silsilədən olan növbəti görüş 02 mart 2011-ci il tarixdə, Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla keçirilib. Tədbirdə çıxış edən Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov gənclərlə görüşündən məmnun olduğunu ifadə edib. Bildirib ki, Azərbaycanın aktiv qüvvəsi olan gənclər dövlətimizin bütün sferalarında uğurla fəaliyyət göstərir. Bu gün Azərbaycan gənclərinin qarşısında duran əsas məsələnin Dağlıq Qarabağ olduğunu diqqətə çatdıram Əli Həsənov bildirib ki, bu istiqamətdə görülən işlər davam etdirilməlidir. Dağlıq Qarabağ problemi, ermənilərin məkrli siyasəti, qaçqın və məcburi köçkünlər məsələsini önə çəkən Baş Nazirinin müavini dövlətimizin bu istiqamətdə davamlı işlər apardığını bildirib. ?Bu günə qədər məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində güclü işlər aparılır. 67 qəsəbə salınmış və burada məcburi köçkünlər yerləşdirilmişdir. Bütün bunlar müvəqqəti yaşayış üçündür. Dövlətimiz Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində bütün səylərini ortaya qoyub. Yəqin ki, bu tezliklə həll olunacaqdır.? Əli Həsənov bu günə qədər ölkəmizin apardığı dövlət siyasətinin nəticəsində Azərbaycanda bu gün iqtisadi inkişaf göz qabağındadır. Ölkə prezidenti İlham Əliyevin siyasətinin nəticəsidir ki, bu gün gənclərimiz dövlət strukturlarında aktiv təmsil olunur. Gənclər üçün hər zaman şərait yaradılmağın vacib olduğunu önə çəkən Baş Nazirin müavini bu prosesin bundan sonra da davam edəcəyini vurğulayıb. Gənclərlə görüşün və fikir mübadiləsinin aparılmasının vacib amil olduğunu diqqətə çatdıran ARGTMŞ-ın sədri, millət vəkili Fuad Muradov gənclərlə görüş üçün şərait yaratdığı üçün Əli Həsənova öz təşəkkürünü bildirdi. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacib amil olduğunu və gənclərin bu işdə aktivlik nümayiş etdirdiyini vurğulayıb. Bildirib ki, Milli Şura bu gün dövlət gənclər siyasətinin həyata keçirilməsində aktiv rol oynayır. Azərbaycan gəncləri daim yeniliyə doğru can atır və dövlətimiz də buna şərait yaradır. ?Bizim bu gün bir problemimiz var ki, o da ərazi bütövlüyünün pozulmasıdır. Bu məsələdə biz bütün səylərimiz ortaya qoymalıyıq?. Fuad Muradov bildirib ki, bu gün beynəlxalq səviyyədə Dağlıq Qarabağ məsələsinə artıq münasibət müsbət istiqamətdə dəyişib. Bu gün Azərbaycan gəncləri bütün bu məsələlərə hazır olmalıdır. Bu cür görüşlərin keçirilməsi də məhz gənclərimizlə dövlət məmurları arasında fikir və təcrübə mübadiləsidir. Fuad Muradov Azərbaycan gənclərinin bu gün dünyaya inteqrasiyasını yüksək qiymətləndirərək qeyd edib ki, artıq Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında ciddi irəliləyişlər əldə edilmişdir. ?Təsadüfü deyil ki, bir neçə gün öncə Strasburqun mərkəzi meydanında Xocalıya ədalət tələbini irəli sürərək mitinq keçirdik. Artıq avropalılar bu faciəni ermənilərdən deyil bizdən eşidir.? Milli Şuranın baş katibi Orxan Ərəbov çıxış edərək Şuranın fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat vermişdir. Eyni zamanda baş katib yaxın aylarda həyata keçiriləcək ?Vətəni tanı? ümumrespublika kampaniyası haqqında da geniş danışmışdır. Görüşdə həmçinin hökumət, dövlət və rəsmi qurumlarla aktiv gənclər arasında olan münasibətlər, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı, gənclərin dövlət strukturlarında təmsil olunması, Azərbaycanın ərazi bütövlüyü məsələsi, erməni təcavüzü nəticəsində öz yurd-yuvalarından qaçqın düşmüş insanlar və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Baş Nazirin müavini Əli Həsənov gəncləri maraqlandıran sualları cavablandırıb. Maraqlı diskussiya şəraitində keçən görüşdə Milli Şuraya üzv olan təşkilatların nümayəndələri Əli Həsənovun diqqətinə bəzi məsələləri də çatdırıblar. Qeyd edək ki, Milli Şuranın təşkilatçılığı ilə bundan əvvəl Prezident Administrasiyası, Konstitusiya Məhkəməsi, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin rəhbərləri və digər dövlət qurumları ilə gənclərin görüşü keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA