Dövlət Gömrük Komitəsinin idarə rəisi izdən çıxarılıb

img

02-03-2011 [01:52]


[b]Aydın Əliyev keçmiş nazir Vilayət Quliyevin əmisi oğlunu ?vurdu?[/b] Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi İsa Quliyev vəzifəsindən azad edilib. Müstəqil İnformasiya Agentliyinin məlumatına görə, idarə rəisinin vəzifəsindən çıxarılması Dövlət Komitəsində planlaşdırılan kadr dəyişikliklərinin tərkib hissəsidir. Vəzifəsini itirən idarə rəsinin Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Maraqlarının Mühafizəsi İdarəsinə rəis müavini təyin olunub. Bu idarənin faktiki olaraq fəaliyyət göstərmədiyini nəzərə alsaq, İsa Quliyevə ciddi cəza verildiyi məlum olar. Qeyd edək ki, İsa Quliyev sabiq xarici işlər naziri Vilayət Quliyevin əmisi oğludur. Dövlət Gömrük Komtəsində kadr dəyişiklilərinin isə davam edəcəyi də verilən məlumat arasındadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA