Ölkədə yağızlı, qarlı hava zəraiti davam edəcək

img

02-03-2011 [12:11]


Yaxın üç gündə ölkə ərazisində yağıntılı hava şəraiti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində yağıntılı olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 1-3? isti, gündüz 4-7? isti təşkil edəcək. Martın 4-də havanın buludlu, fasilələrlə yağıntılı olacağı ehtimal edilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1-3? isti, gündüz 3-6? isti olacaq. Azərbaycanın rayonlarında martın 3-də hava əsasən şimal və şərq rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcəck. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1? şaxtadan 4?-dək isti, gündüz 5-10? isti, dağlarda gecə 4-9? şaxta, gündüz 3? şaxtadan 2?-dək isti təşkil edəcək. Martın 4-də də əsasən şimal və şərq rayonlarında arabir yağıntı olacaq. Bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir Havanın temperaturu gecə 1? şaxtadan 4?-dək isti, gündüz 6-11? isti, dağlarda gecə 5-10? şaxta, gündüz 3? şaxtadan 2?-dək isti təşkil edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA