TQDK sədri Məleykə Abbaszadədən Təhsil Nazirliyinə növbəti zərbə

img

02-03-2011 [11:14]


2010-cu ildə ali məktəblərə qəbul imtahanında Bakının 316 məktəbinin məzunları iştirak edib. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə məlumat verib. Onun sözlərinə görə, ötən imtahanlarda paytaxtın 7 məktəbinin heç bir məzunu ali məktəblərə qəbul oluna bilməyib. Bir məktəbin abituriyentlərinin orta nəticəsi isə 100 baldan aşağı olub. M.Abbaszadə həmçinin qeyd edib ki, keçən il Bakının əlaçı abituriyentlərinin 3,85 faizi 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərənlər isə 74,18 faiz təşkil edib. O bildirib ki, 2010-cu il ali məktəblər qəbul imtahanlarında paytaxt abituriyentlərindən 19,74 faizi 0-100 bal, 20,38 faizi 100-200 bal, 20,94 faizi 200-300 bal, 28,01 faizi 500 baladək, 10,94 faizi isə 500 baldan çox nəticə göstərib. Beləliklə, abituriyentlərin 38, 94 faizi 300 baldan çox toplaya bilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA