ATƏT-in cəbhə bölgəsindəki monitorinqi insidentsiz baza çatıb

img

01-03-2011 [03:37]


Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq qoşunların təmas xəttində monitorinq keçirilib. Monitorinq Azərbaycan Respublikasının Qazax rayonunun Bala Cəfərli kəndi ilə Ermənistanın Kayan kəndi arasındakı yolun yaxınlığındakı təmas xəttində baş tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, monitorinq baş tutub və bu zaman heç bir insident qeydə alınmayıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus və səhra köməkçsi Antal Herdiç, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Uilyam Praroy və Caslan Nurtazin keçirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA