Gənclər Əli Həsənovla görüzəcəklər

img

01-03-2011 [03:10]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsində səylə çalışdığını və bu istiqamətdə yerli və beynəlxalq səviyyəli mühüm layihələr həyata keçirdiyini bəyan edib. Şura tərəfindən irəli sürülmüş və gözəl ənənə halını almış, hökumət, dövlət və rəsmi qurumlarla aktiv gənclər təşkilatlarının görüşdürülməsi təşəbbüsü gənclər tərəfindən çox böyük maraq və həvəslə qarşılanmaqdadır. Bu silsilədən olan növbəti görüş 02 mart 2011-ci il tarixdə, Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla keçiriləcək. Məlumatda bildirilib ki, görüşdə hökumət, dövlət və rəsmi qurumlarla aktiv gənclər arasında olan münasibətlər, dövlətin gənclərə göstərdiyi diqqət və qayğı, gənclərin dövlət strukturlarında təmsil olunması, Azərbaycanın ərazi bütövlüyü, erməni təcəvüzü nəticəsində öz yürd-yuvalarından qaçqın düşmüş insanlar və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Milli Şuranın təşkilatçılığı ilə bundan əvvəl Prezident Adminstirasiyası, Konstitusiya Məhkəməsi, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin rəhbərləri və digər dövlət qurumları ilə gənclərin görüşü keçirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA