Prezident iqtisadi göstəricilərdən danızıb

img

01-03-2011 [01:19]


2009 - 2010-cu illərdə dünyada hökm sürən maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişaf edib. Son iki il ərzində ölkə iqtisadiyyatı 15 faiz artıb. Bunu martın 1-də Bakı Biznes Mərkəzində regionların 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarında həsr olunmuş konfransda prezident İlham Əliyev deyib. İlham Əliyev deyib ki, Azərbaycan qarşıda duran bütün vəzifələri uğurla yerinə yetirəcək: ?Biz dövlət və özəl sektorun inkişafı ilə xarici ölkələrə daha çox sərmayə qoya bilərik. Bu Azərbaycanın beynəlxalq əməkdaşlığını daha da genişləndirəcək?. Ötən il Azərbaycan iqtisadiyyatına 15,4 faiz milyard dollar sərmayə qoyulub. Son 6-7 ildə ölkədə 2 mindən çox məktəb, 400 mindən artıq səhiyyə ocağı tikilərək istifadəyə verilib. Prezident regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarını yüksək qiymətləndirib. Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb. Konfrans davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA