Müsavat martın 12-nə ümumrespublika mitinqi təyin edib

img

28-02-2011 [03:45]


Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən MIA-ya verilən məlumata görə, Müsavat Divanı martın 12-də ümumrespublika mitinqinin keçirilməsinin məqsədəuyğun olması barədə qərar qəbul edib. Həmçinin qərara alınıb ki, mitinq keçirilməsinə 5 gün qalanadək - martın 7-dək siyasi tərəfdaşlarla müzakirələr aparılsın. Kütləvi aksiyaların keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə də qanunvericilikdə nəzərdə tutulmuş qaydada aksiyadan 5 gün əvvəl müraciət olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA