Müxalifət liderləri Avropa ittifaqının nümayəndəsi ilə görüzüblər

img

26-02-2011 [02:35]


Bu gün Azərbaycanın müxalifət liderləri Əvəz Temirxan, Əli Əliyev, Sərdar Cəlaloğlu, İsa Qəmbər, Əli Kərimli, İqbal Ağazadə və Pənah Hüseyn Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar görüş keçiriblər. Görüş diplomatın vida təmasları çərçivəsində baş tutub. Aİ təmsilçisi Azərbaycanda son ictimai-siyasi vəziyyətlə, ölkə müxalifətinin durumu ilə maraqlanıb. Müxalifət liderləri ölkədəki vəziyyət barədə fikir mübadiləsi zamanı sosial-iqtisadi və ictimai-siyasi vəziyyətin ağırlığını, son parlament seçkilərinin saxtalaşdırıldığını, hakimiyyətin cəmiyyəti aldatmağa xidmət edən ?kadr dəyişiklikləri? və ?korrupsiyaya qarşı mübarizə tədbirlərinin? imitasiya olduğunu qonağın nəzərinə çatdırıblar. Liderlər müxalifətdaxili proseslərdən danışarkən seçki dövründə yaradılmış 3 seçki blokunun fərqli və uyğun baxışları ilə diplomatı tanış ediblər. Görüşdə Aİ ?Azərbaycan münasibətlərinə aid bir sıra məsələlər də müzakirə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA