Xocalı faciəsi Moskvada da anıldı

img

26-02-2011 [02:01]


[center]General-mayor Aleksandr Voloxov: ?Çingizin lentə aldığı kadrlar mənə 40-cı illərdə faşistlərin törətdikələri cinayətləri xatırlatdı? [/center] Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı dünyanın hər yerində olduğu kimi Moskvada da silsilə tədbirlər keçiriməkdədir. Ancaq Rusiya paytaxtında bu il keçirilən tədbirlərdən biri forma və məzmununa görə digərlərindən fərqlənirdi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Xocalı faciəsinin əsil mahiyyətini, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri dünya ictimaiyyətinin diqqətinə daha obyektiv və dolğun çatdırmaq məqsədilə rusiyalı ziyalılar Təşəbbüs Qrupu təsis ediblər. Qrupun rəhbəri həmyerlimiz, iqtisad elmləri doktoru, Xalqlar Dostluğu Universitetinin professoru, Rusiyadakı Azərbaycanlıların Federal Milli-Mədəni muxtariyyətinin vitse-prezidenti, DAK-ın Rusiya üzrə təmsilçisi Mirəşrəf Fətiyevdir. Təşəbbüs Qrupu bugünlərdə Moskvanın ROSBALT İnformasiya Agentliyinin Mətbuat Mərkəzində ?Xocalı genosidi: Qarabağ münaqişəsinin faciələri barədə həqiqətlər? mövzusunda böyük bir tədbir keçirdi. Tədbir mərhum telejurnalist Çingiz Mustafayevin Xocalı genosidi barədə lentə aldığı süjetlərin göstərilməsi ilə başladı. Sonra tədbir iştirakçılarına keçmiş DQMV-nin sabiq komendantı olmuş general-mayor Aleksandr Voloxovun video-müraciəti təqdim olundu. Generalın sözlərinə görə, dünya birliyi Xocalı faciəsinə çox biganə yanaşır: ?Çingizin lentə aldığı kadrlar mənə 1940-cı illərdə faşistlərin törətdikələri cinayətləri xatırlatdı. İnana bilmirəm ki, 90-cı illərdə belə hadislər necə baş verə bilər. Bu ermənilərin müstəqillik uğrunda deyil, torpaq uğrunda apardıqları müharibə idi?. Voloxovun fikrincə, dinc əhalini məhv etməyə heç kəsə haqq verilməyib: ?Bu qətliamı törədənlər hərbi cinayətkar adlandırılmalıdır?. Mətbuat konfransında təşəbbüs qrupunun üzvləri - rusiyalı ziyalılar, Sovet Ordusunun və 1988-1994-cü illərdə Ermənistan-Azərbaycan münaqişəsinin iştirakçıları olan müharibə veteranları, eləcə də, hüquq müdafiəçiləri 19 əvvəlin faciəsinə öz münasibətlərini bildirdilər. Konkret olaraq Rusiya İctimai Elmlər Akademiyasının akademiki, ?Qarabağ gündəliyi? kitabının müəllifi Yuriy Pompeev, şair-publist Aleksandr Fomenkov, publisit, İsrail və Rusiyanın ictimai xadimi Aviqodor Eskin, Strateji Modellleşdirmə Mərkəzinin vitse-prezidenti Qriqoro Trofimçuk Azərbaycanın haqlı mövqeyin müdafiə etdiklərini və Xocalı faciəsinin cinayətkarların beynəlxalq hüquq normalarına uyğun cəzalandırılmasını tələb etdiklərini bildirdilər. Əslən Taqonroqdan olan şair-publist Aleksandr Fomenkovun çıxışı daha təsirli idi: ?Mən o şəhərdə yaşayıram ki, hansı ki, onu azərbaycanlılar, 416-cı diviziya azad edib. Həm də qəribədir ki, burada yaşayanların əksəriyyəti ermənilərdir. Mənim azərbaycanlı döyüşçü dostum var Yaşar Süleymanov, onunla səmimi dostluğumuz var. Azərbaycanlıları yaxşı tanıyıram, mənin tanıdığım azərbaycanlılar terrorçu, qəddar ola bilməzlər?. M.Fətiyev isə vicdanlarının səsinə qulaq asıb belə bir təşəbbüslə çıxış etdiklərinə görə, rusiyalı ziyalılara təşəkkür etdi. Onun sözlərinə görə, Xocalıda 19 əvvəl baş vermiş erməni vəhşilikləri insanlıq əleyhinə yönəlmiş genosid idi: ?Bu ermənilər törətdikləri ilk faciə deyil, onlar əsrlərdir etdiyimiz yaxşılıqların əvəzinə başımıza Xocalı kimi faciələr gətirirlər. Azərbaycan xalqının səbri artıq tükənib?. Təşəbbüs Qrupunun üzvləri elan etdilər ki, bundan sonra da tez-tez toplaşacaq əldə etdikləri faktları dünya ictimaiyyətinə necə çatdırılması barədə müzakirələr aparacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA