Mədət Quliyev "təmizləmə" əməliyyatını davam etdirir

img

26-02-2011 [01:24]


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisinin rejim nəzarət şöbəsinin rəisi və 16 saylı cəzaçəkmə müəssisinin əməliyyat-rejim işləri üzrə rəis müavini tutduqları vəzifədən azad olunublar. Penitensiar Xidmətindən verilən xəbərə görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevin imzaladığı əmri ilə 9 saylı cəzaçəkmə müəssisəsinin rejim nəzarət şöbəsinin rəisi, ədliyyə mayoru Elçin Bahəddin oğlu Həsənov tutduğu vəzifədən və ədliyyə orqanlarından xaric edilib. E.Həsənovun ədliyyə orqanlarından xaric edilməsinə səbəb xidməti vəzifələrinin icrası zamanı ciddi qanun pozuntulara yol verməsi və ədliyyə orqanları əməkdaşlarının etik davranış qaydalarını pozmasıdır. Həmçinin, 16 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat-rejim işləri üzrə rəis müavini, ədliyyə mayoru Məmmədov Mayıl Bəhram oğlu qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirmədiyinə, qulluq etikası qaydalarına əməl etmədiyinə görə tutduğu vəzifədən azad edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA