Soçi görüzündə irəliləyiz Ermənistandan asılıdır

img

26-02-2011 [12:45]


?ATƏT-in Minsk qrupunun həmsədrləri belə qərara gəliblər ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində hansısa bir irəliləyiş olmalıdır?. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında bildirib. Nazir qeyd edib ki, ilk istiqamət odur ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarsın: ?Ermənistan öz qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmalıdır?. Prezidentlərin Soçidə planlaşdırılan görüşünə münasibət bildirən Azərbaycan XİN rəhbəri bildirib ki, prezidentlərin növbəti görüşünün formatında heç bir dəyişiklik olmayacaq: "Görüşdə danışıqlar davam etdiriləcək.Bu görüşdə hansısa irəliləyişin nail olub-olmaması Ermənistanın mövqeyindən asılıdır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA