Texniki Universitet Gəncləri Xocalı ilə bağlı internet aksiya keçirib

img

25-02-2011 [04:25]


Bu gün Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatı ?Turan? Vətənpərvərlər Klubu Xocalı soyqırımının baş verməsinin 19-cu ildönümü münasibəti ilə elektron aksiya keçirib. Aksiya Xocalı həqiqətlərinin dünyanın bütün ölkələrinə, parlamentlərə, beynəlxalq təşkilatlara və ölkədə fəaliyyət göstərən səfirlik və consulluqlarına e-mail vasitəsilə çatdırılmasından ibarət olub.Aksiyada 15 nəfər gənc iştirak edib. Universitetin daxili potensialı bütün aksiyanı öz bazası hesabına keçirməyə imkan verib. Aksiyanın sonunda 6000-dən artıq ünvana Xocalı soyqırımı ilə bağlı məlumatlar göndərildi, lazımi linklər və keçidlər göstərilib. Qeyd edək ki, bü növ aksiyalar AzTU TGT tərəfindən periodik olaraq hər il 20 yanvarda, 26 fevralda və 31 martda keçirilir. Bu aksiyalar nəticəsində dünyanın bir çox rəsmiləri ölkə həqiqətləri barədə məlumatlanır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA