MTN-in Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımına dair tədbir keçirilib

img

25-02-2011 [04:17]


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, akademiyanın rəis müavini, general-mayor İsgəndər Allahverdiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin və keçmiş sovet imperiyasının 366-cı motoatıcı alayının Xocalının dinc sakinlərini ? qocaları, körpələri, qadınları vəhşicəsinə qətlə yetirməsindən, faciənin səbəb və nəticələrindən ətraflı danışıb. İ.Allahverdiyev vurğulayıb ki, yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi qiymətin verilməsi, bu dəhşətin azərbaycanlıların soyqırımı kimi tanınması, faciə qurbanlarının ailə üzvlərinə dövlət qayğısının göstərilməsi mümkün olub. İ. Allahverdiyev akademiyanın zabit və kursant heyətini erməni təcavüzünün günahsız qurbanlarının qisasını almağa, itirilmiş torpaqların geri qaytarılması uğrunda son və həlledici mübarizəyə, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmrinə hər an hazır olmağa çağırıb. Tədbirdə çıxış edən kursantlar Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi və əbədi olması uğrunda yorulmaq bilmədən çalışacaqlarını bildiriblər. Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş sənədli filmi nümayiş etdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA