Xocalı soyqırımı ilə əlaqədar Bakıda nəqliyyatın hərəkəti məhdudlazdırılacaq

img

25-02-2011 [01:42]


Sabah Bakıda bəzi küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun məlumat verib. ?26 fevral Xocalı faciəsinin ildönümü günü soyqırım qurbanlarının anım mərasimi ilə əlaqədar sabah saat 08:00-dan etibarən paytaxtın Xocalı prospektinə avtomobillər buraxılmayacaq. Belə ki, Xətai rayonu ərazisində Xocalı prospektilə kəsişən N.Rəfiyev, Y.Səfərov, M.Mehdizadə, A.İsmayılov, Tağızadə və digər küçələrdə avtomobillərin hərəkəti tamamilə dayandırılacaq?, - deyə Vaqif Əsədov vurğulayıb. Vaqif Əsədov sürücülərdən tədbir başa çatana qədər avtomobillərdən mümkün qədər az və alternativ yollardan istifadə etməyi xahiş edib. BŞDYPİ rəsmisinin sözlərinə görə, sabah faciə şəhdilərinin ruhu saat 17:00-da bir dəqiqəlik sükutla yad ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA