Həftə sonu Bakıda sulu qar və qar yağacaq

img

25-02-2011 [12:04]


Bakıda və Abşeron yarımadasında həftəsonu yağmurlu hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 26-da fFasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1? şaxtadan 2?-dək isti, gündüz 2-5? isti olacaq. Fevralın 27-də də fasilələrlə yağıntı davam edəcək. Bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə zəif duman. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1? şaxtadan 2?-dək isti, gündüz 2-5? isti təşkil edəcək. Azərbaycanın rayonlarında da sabah arabir yağıntılı hava hökm sürəcək. Bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3? şaxtadan 2?-dək isti, gündüz 2-7? isti, dağlarda gecə 6-11? şaxta, gündüz 0-5? şaxta təşkil edəcək. Fevralın 27-də də yağıntılı hava davam edəcək. Ayrı-ayrı rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3? şaxtadan 2?-dək isti, gündüz 2-7? isti, dağlarda gecə 7-12? şaxta, gündüz 0-5? şaxta olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA