Yol Polisinin 3 əməkdazı nazirin əmri ilə xidmətdən xaric olunub

img

24-02-2011 [07:54]


Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin 3 əməkdaşı daxili işlər nazirinin əmri ilə xidmətdən xaric olunub. Bu barədə MIA.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bundan başqa, xidməti vəzifələrinin icrasına məsuliyyətsiz yanaşaraq, həmkarlarının qanunsuz hərəkətlərinə göz yummuş 6 Yol Patrul Xidməti əməkdaşı tutduqları vəzifədən azad edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA