Gənclər təzkilatları ordudakı qətllə bağlı bəyanat verdi

img

24-02-2011 [04:34]


?Azərbaycan ordusu ölüm maşınına çevrilmişdir. Tez-tez ordudan ölüm xəbərləri gəlir. Hərbi əməliyyatların dondurulduğu bir zamanda orduda olan bu cür ölüm halları təəssüf və qəzəb doğurmaya bilməz?. Bu fikirlər bir sıra gənclər təşkilatlarının verdiyi bəyanatda yer alıb. Bəyanatda bildirilir ki, orduda baş verən neqativ meyllər qarşısında hökumətin heç bir qabaqlayıcı tədbirlər almaması hallarını görmək çətin deyil. Nizamnamədən kənar halların mövcudluğu ordu üçün artıq nizamnaməyə çevrilmişdir. Ordu rəhbərliyi bütün bu mənfi təzahürlərə qarşı heç bir fəaliyyət planı tətbiq etmir. Heç bir proqram, heç bir strategiya mövcud deyil. Hətta dövlət televiziyası 7 əsgərin ölümü ilə nəticələnən insident haqqında heç məlumat da yaymır. Problemləri həll etmək əvəzinə onu gizlətməyi üstün tutur. Bütün bunlardan sonra general-polkovnik Səfər Əbiyevin Müdafiə naziri postunda qalması vəzifə etikasına, humanizm prinsiplərinə ziddir. Biz onu dərhal istefaya səsləyirik. Ümid edirik ki, Səfər Əbiyev bir general kimi məsuliyyətini düzgün başa düşərək istefa verəcək. ADP Gənclər Təşkilatı ALP Gənclər Təşkilatı AXCP Gənclər Komitəsi Azad Gənlik Gənclər Təşkilatı Dalğa Gənclər Hərəkatı 10 Dekabr Gənclər Təşkilatı Hədəf Gənclər Koalisiyası Müsavat Partiyası Gənclər Təşkilatı Ümid Partiyası Gənclər Təşkilatı VİP Gənclər Təşkilatı VHP Gənclər Təşkilatı

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA