Avtovağzaldan hava limanına marzrut xətti açılacaq

img

24-02-2011 [03:35]


İnkişaf etmiş ölkələrdə hava limanına nəinki avtobuslar, hətta elektrik qatarları da işləyir. Azərbaycanın paytaxtı Bakıda isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına sərnişindaşımanı cəmi 2 marşrut həyata keçirir. Qalan işi taksi sürücüləri öz üzərinə götürür. Bu məsələ elə Milli Məclisdə ötən gün keçirilən iclasda da deputalar arasında müzakirə mövzusu olub. Əslində bura marşrutların ümumiyyətlə işləməməsi ətrafında fikir mübadiləsi aparılsa da, problem avtobusların yoxluğu deyil, sadəcə onların sayının məhdud olmasından ibarətdir. Hazırda hava limanına 263 və 16 saylı avtobuslar işləyir. Bu marşrutların xidmətindən istifadə etmək üçün isə sərnişinlər konkret bir məkana getməlidirlər. 263 saylı avtobus Binə qəsəbəsindən, 16 saylı avtobus isə ?28 May? metrosu yaxınlığında Səməd Vurğun parkının yanından hava limanına işləyir. Hər iki marşrutlun aralarında interval 30 dəqiqədir. Əgər deyilən ünvanlarda yaşamırsınızsa, hava limanina marşrutla gəlmək istəsəniz, mütləq həmin məkanlara getməlisiniz. Bu isə hər şeydən əvvəl sərnişinlərin ən dəyərli vaxtının itkisi deməkdir. Qısa da olsa, müqayisə aparaq. Elə bir neçə qonşu ölkəmizdən danışaq. Əvvəlcə Gürcüstan təcrübəsinə nəzər yetirək. Tiflisdə Beynəlxalq Hava Limanına bir marşrut işləyir ki, o da sürət qatarıdır. Bu sürət qatarı isə başlanğıcını paytaxt Tiflisin əsas avtovağzalından götürür. Həmin avtovağzala ölkənin istənilən istiqamətindən marşrutlar gəlir. Qonşu Rusiyada da vəziyyət pis deyil. Hava limanından müxtəlif istiqamətlərdə hərəkət edən çoxsaylı nəqliyyat vasitələri daim sərnişinlərin xidmətində dayanır. Türkiyəyə təyyarə ilə səfər edən sərnişinlər də eyni vəziyyətlə üzləşir. Məsələ ilə əlaqədar Nəqliyyat Nazirliyi mətbuat katibliyinin rəhbəri Namiq Həsənov ANS-ə açıqlamasında bildirib ki, vaxtilə bu məsələ müzakirə olunub və həmin istiqamətə marşrut xətti açılıb. Amma sonradan həmin xəttdən əhalinin az istifadə etməsi nəzərə alınaraq bağlanıb. Yenidən əhalinin ehtiyacı nəzərə alınaraq Bakı Sərnişinnəqliyyat MMC avtovağzaldan birbaşa hava limanına marşrut xəttinin açılmasını təşkil edə bilər. Çox güman ki, həmin xətt yaxın günlərdə açılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA