Elmar Məmmədyarovun Ukraynaya səfəri davam edir

img

24-02-2011 [01:13]


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynaya səfəri çərçivəsində 23 fevral 2011-ci il tarixində ukraynalı həmkarı Konstantin Qrişenko ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı siyasi münasibətlərin və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə aparıldığı bildirilib. Tərəflər iqtisadi sahədə, xüsusilə enerji sahəsində əməkdaşlığın sürətlə genişləndiyini vurğulayıblar. Bununla yanaşı görüş zamanı humanitar sahədə də münasibətlərin inkişafı məsələsi diqqət mərkəzində olub. Məlumata görə, Elmar Məmmədyarov azərbaycanlıların Liviyadan təxliyə edilməsinə şəraitin yaradılmasına görə Ukrayna tərəfinə təşəkkürünü bildirib. Görüşdə tərəflər iki ölkə arasında hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi məsələsini müzakirə ediblər. Həmçinin, görüş zamanı regional, qlobal və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA