Azərbaycanın rayonlarına yenə qar yağacaq

img

23-02-2011 [02:57]


Fevralın 24-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 2-7 dərəcə isti təşkil edəcək. Fevralın 25-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında fevralın 24-də əsasən şimal və şərq rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8? dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Fevralın 25-26-da fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 4 şaxtadan 1 dərəyədək isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA