Mədət Quliyev Cəzaçəkmə Müəssisəsinin bölmə rəisini izdən çıxardı

img

23-02-2011 [01:49]


17 saylı Cəzaçəkmə Müəssisəsinin qeydiyyat bölməsinin rəisi, ədliyyə mayoru Rəfael Rəhimov tutduğu vəzifədən və ədliyyə orqanlarından xaric edilib. MİA-nın məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov ?Media forum? saytına bildirib ki, Rəfael Rəhimov xidməti vəzifələrinin icrası zamanı kobud pozuntulara və ədliyyə orqanlarında qulluqla bir araya sığmayan əməllərə yol verdiyi üçün ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb. Mədət Quliyev Penitensiar Xidmətə bu ayın əvvəllərində rəis təyin edilib. Bu təyinata qədər o, Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi işləyib. Penitensiar Xidmətin əvvəlki rəisi Nazim Ələkbərov olub. 17 saylı Cəzaçəkmə Müəssisəsi Bakının Əzizbəyov rayonunda, Binə qəsəbəsində yerləşir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA