Polis qanunsuz ov edən 8 nəfəri saxlayıb

img

23-02-2011 [12:42]


Ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə növbəti reydlər keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Oğuz rayonu ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən 1 nəfər saxlanılıb. Ondan 1 ədəd ov tüfəngi götürülüb. Qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədilə Oğuz rayon Polis Şöbəsinə müraciət edilib. Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində keçirilən reyd zamanı mühafizə rejimini pozan 2 şəxs saxlanılıb, onlardan 2 ədəd ov tüfəngi, 4 ədəd patron aşkar edilərək götürülüb və həmin şəxslər barəsində müvafiq akt və protokollar tərtib olunub. Ağzıbir, Sarısu, Mahmudçala və Samux Ovçuluq Təsərrüfatlarında keçirilən reydlər zamanı mühafizə rejimini pozan 5 nəfər saxlanılıb və onlardan, ümumilikdə 5 ədəd ov tüfəngi, 5 patron aşkar edilərək müsadirə edilib. Fakt üzrə qanunamüvafiq qaydada akt və protokollar tərtib edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA