Ordudakı qətliamla bağlı sensasion faktlar

img

23-02-2011 [12:27]


Göygöl rayonunun Toğana kəndində yerləşən ?N? saylı hərbi hissədə baş verən qətliamla bağlı yeni məlumatlar əldə etmişik. Xatırladaq ki, fevralın 20-i səhər saatlarında Toğanadakı hərbi hissədə əsgərlərdən biri 7 yoldaşını güllələyib. Güllələnən əsgərlərdən 6-sı dünyasını dəyişib, 1 nəfər isə ağır yaralanıb. Hadisəni törədən əsgər yoldaşlarını qətlə yetirdikdən sonra intihar edib. Qətliam mayor Taleh Əhmədovun taborunda baş verib. Əsgərlərin yatdıqları yerdə güllələndiyi bildirilir. "Azadlıq" qəzetinin məlumatına görə, bir neçə gün əvvəl hadisəni törədən əsgər yoldaşları tərəfindən işgəncələrə məruz qalıb. Həmçinin yoldaşları onun ləyaqətini alçaldan davranışlara yol veriblər. Buna dözməyən əsgər də qisas almaq qərarına gəlib və bu qanlı olayı törədib. Məlumatlara görə, Müdafiə Nazirliyi olayı ört-basdır etmək üçün dövriyyəyə qətliamın erməni kəşfiyyatı tərəfindən törədildiyi barədə məlumatlar buraxır. Lakin hərbi hissənin zabitləri və əsgərləri əməkdaşımızla söhbətində bildirib ki, bütün bunlar yalandır: ?Bu hadisəni öz əsgərimiz törədib. Ona qarşı qeyri-insani hərəkətlərə yol veriblər, ləyaqətini alçaldıblar, o da bunun əvəzində silaha əl atıb?. Qeyd edək ki, dünən Ali Baş Komandan baş vermiş hadisə ilə bağlı sərt tədbir görüb. Sözügedən hərbi birləşmənin komandiri vəzifəsindən azad olunmaqla yanaşı, onun general rütbəsi də əlindən alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA