AAK-da Dissertasiya Şuralarının formalazdırılması ilə bağlı ciddi qalmaqal yaranıb

img

22-02-2011 [06:58]


Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) ölkədə fəaliyyət göstərən Dissertasiya Şuralarının fəaliyyət müddətin üzadılması və yeni tərkibini təsdiqləməsi elm ictimaiyyəti arasında ciddi müzakirə mövzusuna çevrilib. Çünki ölkədə başlanılan korrupsiyaya qarşı mübarizə AAK rəhbərliyini də Disseratasiya Şuralarının təkibinin təqilənməsi zamanı da həddən artıq ehtiyatlı davranmağa vadar edir. Digər tərəfdən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ?İctimai və humanitar elmlər: zaman kontekstində baxış? məqaləsində də Disseratasiya Şuralarının fəaliyyətinə də ciddi iradlar tutmuşdur və bunların aradan qaldırılmasını tələb etmişdir. MİA-ya verilən məlumata görə, akademik Ramiz Mehdiyevin məlum məqaləsindən sonra AAK sədri akademik Arif Mehdiyev Disseratasiya Şuralarının fəaliyyətini yoxlatdırıb və fəaliyyətində nöqsanlar aşkarlanan Disseratasiya Şuralarına xəbərdarlıq edib. Hazırda Disseratasiya Şuralarının fəaliyyət müddətinin uzadılması məsələsinə baxılarkən də bu nöqsanların aradan qaldırılıb-qaldırılmaması nəzərə alınır. Xüsusən də AAK Dissertasiya Şuralarının sədrlərinə xəbərdarlıq edib ki, aspirantlar aylarla növbə gözlədiyi halda biznesmenlərə və məmurlara növbədənkənar elmi dərəcələrin verilməsi məqsədəuyğun deyil. MİA-nın məlumatına görə, bu xəbərdarlıqdan sonra isə bəzi Dissertasiya Şuralarının sədrləri manevr etməyə başlayıblar. Belə ki, indiyə kimi Bakıda fəaliyyət göstərən Disseratasiya Şuralarını əyalətə köçürməyə çalışırlar. Çünki gözdən və könüldən uzaq yerlərdə biznesmenlərin və məmurların müdafiələrini təşkil etmək daha asan olacaqdır. Amma iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verən Disseratasiya Şurasının Gəncədə - Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyətinə nail olmaq cəhdi ciddi qalmaqala səbəb olub. Qeyd edək Azərbaycanda biznesmenlərin və məmurların böyük hissəsi iqtisadiyyatdan müdafiə edirlər və Azərbaycan Dövlət Aqrar Universiteti onlar üçün münasib yerdir. Lakin Azərbaycan Dövlət Aqrar Universitetində müvafiq ixtisas üzrə cəmi 1 nəfər elmlər doktorunun olması belə bir Dissertasiya Şurasının Gəncədə fəaliyyətini şübhə altına salıb. Digər tərəfdən ötən il AAK tərəfindən aparılan yoxlamalar zamanın Dissertasiya Şurasının sədri kimi fəaliyyətinə ciddi iradlar tutulan akademik Ziyad Səmədzadənin yenidən Gəncədəki Disseratasiya Şurasına sədrlik etməsinin qərarlaşdırılması qalmaqalı böyüdüb. MİA-ya verilən məlumata görə, Disseratasiya Şurasının AAK əsasnaməsini də pozaraq Gəncədə fəaliyyət göstərməsinə nail olmaq cəhdi alimlər arasında ciddi narazılığa səbəb olub və AAK sədrini bununla bağlı tədbir görməyə cağrıblar. Əgər AAK tərəfindən heç bir tədbir görülməzsə, alimlərin dövlət başçısına müraciəti və bir çox faktları ölkə ictimayyətinə açıqlaması da gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA