ümid funksioneri 13 səfirlə görüzdü

img

22-02-2011 [02:42]


Avropa Şurasının üzvü olan 13 ölkənin Azərbaycanda akkreditə olunmuş səfirləri Naxçıvan Muxtar Respublikasına (MR) səfərləri zamanı Ümid Partiyası Naxçıvan şəhər təşkilatının Məclis sədri Füzuli Əsgərovla görüşüblər. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, görüş zamanı Naxçıvan MR-da ictimai siyasi durum, demokratiyanın vəziyyəti müzakirə olunub. Məclis sədri səfirlərə 2010-cu il parlament seçkiləri ilə bağlı məlumat verib. Görüşdə seçkidən sonrakı siyasi proseslər, hakimiyyətin demokratik düşərgəyə qarşı həyata keçirdiyi təzyiqlər də müzakirə olunub. F. Məmmədov parlament seçkiləri zamanı Qarabağ blokundan namizədliyini irəli sürmüş Faiq Əliyevin müşahidəçisi olmuş Nadir Məmmədovun Naxçıvan MR-nın daxili işlər naziri Əhməd Əhmədov tərəfindən təzyiq və işgəncələrə məruz qalması və bununla əlaqədar müvafiq orqanlara məlumat verildiyini də diqqətə çatdırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA