Hacı Allahzükür Pazazadə: "Dindarlar müstəqilliyimizin qədrini bilməlidirlər"

img

22-02-2011 [01:04]


?Sovet dövründə Azərbaycanda 18 məscid var idi. Müstəqilliyimizi əldə etdikdən sonra isə məscidlərin sayı 1800-ə qədər artıb". Bunu Məhəmməd (s.ə.s) peyğəmbərin mövludu günü ilə bağlı Təzə Pir Məscidində keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. Şeyx o zamanlar ibadət yerlərinin azlığına görə şikayət edildiyini deyib: "Lakin indi də şikayət edənlər var və bu günü qiymətləndirmirlər. Azərbaycan dindarları müstəqilliyimizin qədrini bilməlidirlər". Onun sözlərinə görə, bəzi qüvvələr ölkədə dindarlar üçün yaradılan şəraiti görmək istəmirlər. O, yaxşılığı görüb, görmək istəməyən qüvvələrin həm daxildə, həm də xaricdə olduğunu vurğulayıb. A.Paşazadə bayrağımıza, dövlətimiz və millətimizin qədrini bilməli olduğumuzu, məscidlərə, ölkə ərazisində yenidən təmir olunan dini müəssisələrə baxanda şükür etməli olduğumuzu qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA