Dövlət Gömrük Komitəsinin sədri Argentinada səfərdədir

img

22-02-2011 [12:33]


Cari ilin 21 fevral tarixində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Argentina Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqarayın dəvəti ilə Argentinaya səfəri başlayıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfərin ilk günü A.Əliyev Argentina gömrük xidmətinə gəlib, burada iki ölkənin gömrük orqanlarının rəhbərləri arasında fikir mübadiləsi aparılıb, habelə Azərbaycan Dövlət Gömrük Komitəsinin keçdiyi tarixi yol və fəaliyyətinə dair film nümayiş olunub. Görüşdən sonra A.Əliyev Argentina gömrük xidmətinin rəhbər heyətinin müşayiəti ilə Buenos-Ayres portunun gömrük terminalına gəlmiş və terminalın fəaliyyəti ilə tanış olub. Səfər çərçivəsində iki ölkə arasında gömrük sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması, ?Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından? adlı sərginin və Dövlət Gömrük Komitəsi tərəfindən nəşr edilmiş kitabların təqdimatının keçirilməsi, həmçinin Argentinanın hökumət, ictimai və işgüzar dairələrində görüşlər nəzərdə tutulur. Qeyd edək ki, Argentinada dövlət gəlirlərinin yığımı və nəzarətinə məsul olan AFİP-ə gömrük, vergilər və sosial təminat kimi üç xidmət daxildir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA