Ali Baz Komandana müraciət olundu

img

21-02-2011 [06:49]


"N" saylı hərbi hissəsində baş vermiş ağır cinayət hadisəsi ilə bağlı olub müzakirələr keçirilir. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda Silahlı Qüvvələrin "H" saylı hərbi hissəsində baş vermiş ağır cinayət hadisəsi ilə bağlı müzakirə olub. Hadisə nəticəsində Milli Ordunun 7 əsgərinin həlak olmasından təəssüfləndiyini bildirən BAXCP İdarə Heyəti ölənlərin ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib: "BAXCP hesab edir ki, orduda baş verən oxşar xarakterli cinayət hadisələrinə görə Müdafiə Hazirliyinin yüksək rütbəli şəxslərini ən azı iltizam məsuliyyətinə cəlb etmədən bu kimi halların qarşısının alınması, Silahlı Qüvvələrin ayrı-ayrı strukturlarında yüksək nizam-intizamın yaradılması mümkün olmayacaq. BAXCP Ali Baş Komandanı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində nizam-intizamın yaradılması üçün qəti addımlar atmağa çağırır".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA