Sabah Bakıda yağızlı hava müzahidə olunacaq

img

21-02-2011 [02:57]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal küləyi əsəcək, havanın temperaturu gecə 1-3 dərəcə isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək. Sabah Azərbaycanın rayonlarında isə hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarında tədricən kəsiləcək, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək. Fevralın 22-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, rütubətli və küləkli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Sonrakı 2 gün ərzində biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA