Atəzkəs pozuldu, bir əsgərimiz zəhid oldu

img

21-02-2011 [02:53]


Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 20-də atəşkəs rejimini bir necə istiqamətdə pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ermənilər saat 15.10-dan 15.15-dək və 22.05-dən 22.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, saat 15.00-dan 15.05-dək, 21.10-dan 21.15-dək, 22.05-dən 22.15-dək, 22.20-dən 22.35-dək, 23.20-dən 23.40-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Nəticədə əsgər Tural Murad oğlu Hüseynov şəhid olub. 1990-cı il təvəvllüdlü əsgər 2009-cu il oktyabr ayında Neftçala Rayon Hərbi Komissalığından hərbi xidmətə çağırılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA