Prezident AZMDF zavodunun açılızında iztirak edib

img

21-02-2011 [12:55]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Abşeron rayonu ərazisində inşa olunmuş AZMDF zavodunun açılışında iştirak edib. Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basıb, istehsal prosesini izləyib, zavodun fəaliyyətindən bəhs edən filmə baxıb. Dövlət başçısına məlumat verilib ki, indiyədək dünyanın müxtəlif ölkələrindən idxal edilən MDF - mebel materialları artıq Azərbaycanda ən yüksək keyfiyyətlə istehsal olunacaq. Bildirilib ki, 2006-cı ildə özəl investisiyalar əsasında yaradılmış AZMDF şirkətinin inşa etdirdiyi zavodda müasir texnika və avadanlıq quraşdırılıb. Bu avadanlıq Almaniyanın ?Siemens? və Yaponiyanın ?Mitsubishi? şirkətlərinin idarəetmə proqramları ilə təmin olunub. Zavodda 500 nəfər işçinin çalışacağı nəzərdə tutulub. *** Prezident İlham Əliyev Abşeron rayonu ərazisində ?M-Line? Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) mebel fabrikinin açılışında da iştirak edib. İlham Əliyev fabrikin rəmzi açılışını bildirən lenti kəsib və müəssisə ilə yaxından tanış olub. Prezidentə məlumat verilib ki, fabrik dövlətin güzəştli krediti və şirkətin vəsaiti hesabına inşa olunub. Müəssisədə mebel istehsalı və dizaynı sahəsində ən son texnoloji yenilikləri tətbiq edilib. Fabrikdə müştərilərin zövqünə tam cavab verməklə istənilən növdən olan yüksək keyfiyyətli məişət, ofis, muzey, xəstəxana, mehmanxana, təhsil müəssisəsi və digər inzibati binalar üçün mebellər istehsal ediləcək. Dövlət başçısı müəssisədə istehsal olunan hazır mebel dəstlərinə baxıb. Prezident İlham Əliyev fabrikin işə salınmasını bildirən düyməni basıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA