Deputat Qənirə Pazayeva israilə gedəcək

img

19-02-2011 [05:10]


Milli Məclisin deputatı Qənirə Paşayeva Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım tədbirlərində iştirak etmək üçün fevralın 19-dan 25-dək Türkiyədə və İsraildə səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, millət vəkili ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş soyqırımı vəhşiliklərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə anım tədbirlərində çıxışlar edəcək, bir sıra görüşlərə qatılacaq. Türkiyədə keçiriləcək tədbirlər çərçivəsində millət vəkili Qənirə Paşayevanın və Qarabağın Azərbaycanlı icmasının idarə heyətinin üzvü Həvva Məmmədovanın həmmüəllif olduqları, türkcə çapdan çıxmış ?Xocalı soyqırımı: şahidlərin dilindən? adlı kitabın təqdimatı da olacaq. Millət vəkili Qənirə Paşayeva İsrailin Netaniya şəhərində də İsrail millət vəkillərinin, ictimai-siyasi xadimlərin və ictimaiyyətin iştirakı ilə keçiriləcək anım tədbirində çıxış edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA