"Heç kim suiqəsddən, terrordan sığortalanmayıb"

img

19-02-2011 [03:51]


Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bir çox səfirliklərin Azərbaycanda terror təhlükəsi ilə bağlı verdiyi xəbərdarlıqlara münasibət bildirib. Şöbə müdiri qeyd edib ki, ölkədə ictimai-siyasi vəziyyət və kriminogen durum sabitdir. Əli Həsənovun sözlərinə görə, hər bir ölkənin terrorla, təhlükəsizliklə, öz vətəndaşlarının həyatı ilə bağlı öz standartları var. Şöbə müdiri hər bir Azəbaycan vətəndaşının, eləcə də Azərbaycana gələn vətəndaşların həyatı, sağlamlığı ilə bağlı zəmanət verdiklərini bildirib. ?Lakin bu o demək də deyil ki, kimsə hansısa bir suiqəsddən, terrordan sığortalanıb. Bu hər bir ölkədə Avropada da, Amerikada da baş verə bilər. Kiməsə qarşı hansısa təhlükə həyata keçirilə bilər, ancaq bütövlükdə dövlət olaraq biz vətəndaşlarımızın, Azərbaycanda yaşayan, Azərbaycana qonaq gələn əcnəbilərin təhlükəsizliyi ilə bağlı bütün tədbirləri görürük və bu tədbirlər kifayət qədər effektlidir. Bu dövlətlər arasında olan məsələ deyil. Bundan heç kim sığortalanmayıb. Biz kiməsə bu və ya digər təhlükə barədə öz vətəndaşlarına xabərdarlıq etməsini qadağan edə bilmərik?, deyə Ə. Həsənov bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA