Sabah magistraturaya qəbul imtahanıdır

img

19-02-2011 [03:13]


Sabah 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura pilləsinə qəbul imtahanlarının ilk mərhələsi keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində təşkil olunacaq imtahanlar eyni vaxtda ? saat 14.00-da başlayır. İmtahanlarda iştirak etmək üçün 16510 bakalavrın ərizəsi qeydiyyatdan keçərək təsdiq olunub. Xatırladaq ki, magistraturaya ərizələrin qəbulu yanvarın 25-dən fevralın 7-dək davam edib. İmtahanların birinci mərhələsində bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Birinci mərhələnin nəticələrinə görə ümumi balı 50-dən az olmayan, o cümlədən ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil üzrə testdən topladığı bal 10-dan az olmayan bakalavrlar qəbul imtahanının ikinci mərhələsinə buraxılırlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA