Təzkilatları Milli Şurası yaranmasının 15 illik yubileyi keçirildi

img

19-02-2011 [01:16]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası yaranmasının 15 illik yubileyi münasibəti ilə 17 fevral 2011-ci il tarixdə ?Gülüstan? Sarayında təntənəli tədbir keçirib. Yubiley mərasimi dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. İlk olaraq Milli Şuranın sədri, millət vəkili Fuad Muradov çıxış edərək bildirib ki, Gənclər Təşkilatları Milli Şurasının 15 illik fəaliyyətinin Azərbaycan cəmiyyətində xüsusi rolu var. Bu gün Milli Şuranın həyata keçirdiyi layihələr, proqramlar əsasən gənclərə və cəmiyyətdə onları narahat edən məsələlərin həllinə yönəlmişdir. Hazırda Şuranın üzv təşkilatları bütün bölgələrdə fəaliyyət göstərir. Gənclər Təşkilatları Milli Şurası bu gün Avropa Gənclər forumunun tam hüquqlu, BMT-in iqtisadi-sosial şurasının məşvərətçi hüquqlu üzvüdür. İslam Konfransı Gənclər forumunun təsisçisi və ən aktiv üzvüdür. ?Azərbaycan gənclərinin, o cümlədən Milli Şuranın qarşısında hazırda duran ən ümdə məsələ ölkəmizin ərazi bütövlüyü istiqamətində atılan addımlardır. Milli Şura ölkə prezidenti İlham Əliyevin siyasətinə sadiq olaraq bu istiqamətdə Azərbaycan reallıqlarını beynəlxalq aləmə çatdırır.? F. Muradov bu illər ərzində Milli Şuranı dəstəkləyən və işləyən qurumlara öz təşəkkürünü bildirib. ?Mən inanıram ki, gələcəkdə də Milli Şura öz bayrağını uca tutacaq. Bu günədək təşkilatın qorunub saxlanması böyük bir iş idi və bundan sonra da bu iş gənc nəslin üzərinə düşür. Milli Şuranın 15 il ərzində əldə etdiyi uğurlar təkcə bizim deyil bütün Azərbaycanın uğurudur.? Sonra Milli Şuranın tarixi və fəaliyyətini əks etdirən filmin qısa versiyası nümayiş olunub. Onu da qeyd edək ki, filmin tam versiyası İctimai Televiziya vasitəsilə yayımlanacaq. Filmdən sonra Baş Nazirin müavini Əli Həsənov, Gənclər və İdman naziri Azad Rəhimov çıxış edərək gəncləri təbrik ediblər. Bildirilib ki, Milli Şuranın fəaliyyətini tənzimləyən gənclərin arasından ölkəmiz üçün dəyərli olan siyasi liderlər yetişib. Milli Şuranın sədrləri, üzvləri bu gün dövlət qurumlarında, parlamentdə və digər yerlərdə təmsil olunurlar. Bu məktəb hazırda öz fəaliyyətini davam etdirir və ölkə gənclərinin maraqlarını ifadə edir. Gəncləri dəstəklədiklərinə Baş Nazirin müavini Əli Həsənov, Gənclər və İdman naziri Azad Rəhimov mükafatla təltif olunublar. Ardınca İslam Konfransı Gənclər Forumunun təbrik məktubunu oxumaq üçün Forumun Baş Katibi Elşad İsgəndərov səhnəyə dəvət edilib. Çıxış edən E. İsgəndərov bildirib ki, bu gün artıq Milli Şura artıq formalaşmış bir təşkilatdır. Bu həm də dövlət siyasətinin bir hissəsidir. Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunun təbrik məktubunu Milli Şuranın Beynəlxalq əlaqələr üzrə Katibi Nail Abdulov oxuyub. Məktubda bildirilib ki, Avropa Gənclər Forumu adından bu özəl gün, ARGTMŞ- ın 15 illik yubileyi münasibətilə sizi təbrik edir, ümid edirik ki, bu davamlı və məhsuldar əməkdaşlıq gələcəkdə də böyük uğurlara imza atacaqdır. Biz Avropa Gənclər Forumu olaraq Avropa gənclərinin hüquqları uğrunda mübarizədə ümumi yol tapmaq istiqamətində ARGTMŞ ilə gələcək əməkdaşlığa çox ümid edirik. Tədbirdə Milli Şuranın fəaliyyəti dövründə daim gənclərlə birlikdə olduqlarına görə Milli Şurada çalışmış bir sıra şəxslər mükafatlandırılıb. Milli Şuraya üzv olan təşkilatlar, Kütləvi İnformasiya Vasitələri 15 illik yubiley münasibəti ilə Şura tərəfindən mükafata layiq görülüb. Tədbir konsert proqramı ilə davam edib. Qeyd edək ki, 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan və 1996-cı il yanvarın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçən ARGTMŞ Azərbaycan gənclərinin yeganə konfederativ strukturu, əməkdaşlıq mərkəzi, gənclər qurumlarının əlaqələndiricisi və gənclərin beynəlxalq inteqrasiyasını təşkil edən qurumdur. Hal-hazırda Milli Şura öz ətrafında 70 təşkilatı birləşdirir. ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun həmçinin, Türk Dünyası Gənclər Birliyinin üzvüdür. 2002- ci ildən BMT- nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu, 2004- cü ildən İslam Konfransı Gənclər Forumunun təsisçisi və tam hüquqlu üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA