Bayram Səfərov: "Nə qədər gec deyil, Ermənistan izğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır"

img

19-02-2011 [12:28]


?Bəzi dövlətlərin öz vətəndaşlarına Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə səfər etməməyə məsləhət görməsi doğru qərardır?. Bu fikirləri ?Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması? İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib. Bir sıra dövlətlərin nümayəndələrinin həmin ərazilərə Azərbaycanın icazəsi olmadan səfər etdiyini xatırladan B.Səfərov bildirib ki, bu cür hərəkətlər yolverilməzdir. Onun sözlərinə görə, artıq belə hallara qarşı həmin dövlətlər tərəfindən müəyyən addımların atılması təqdirəlayiqdir. ?Bugünlərdə Minsk qrupunun həmsədrlərindən biri olan Fransa tərəfindən də vətəndaşlara edilən müraciət əhəmiyyətlidir. Bununla da, Fransa dövləti təsdiq edir ki, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunub. Bu, Ermənistana ciddi zərbə olmaqla yanaşı onun üçün bir xəbərdarlıqdır. Yəni ermənilər başa düşməlidirlər ki, Azərbaycan torpaqlarını daimi işğal altında saxlaya bilməyəcəklər. Nə qədər gec deyil, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır? deyə B.Səfərov vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA