ilham Əliyev Sumqayıt, Gəncə, Yevlax və Dazkəsənin icra bazçılarını dəyizdi

img

18-02-2011 [07:10]


Azərbaycan prezidenti İlham Əliyev Eldar Əziz oğlu Əzizovun Gəncə şəhər icra hakimiyyətinin başçısı, Vaqif Qadir oğlu Əliyevin isə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncamlar imzalayıb. Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, dövlət başçısının digər sərəncamı ilə Eldar Əzizov Sumqayıt şəhər icra hakimiyyətinin başçısı təyin edilib. Prezidentin digər sərəncamı ilə Vaqif Qadir oğlu Əliyev Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini təyin edilib. Yevlaxın icra başçısı Elmar Rüstəm oğlu Vəliyev Gəncə şəhəri İcra hakimiyyətinin başçısı təyin edilib. Onun yerinə isə müavini Qoca Çərkəz oğlu Səmədov Yevlax şəhəri İcra hakimiyyətinin başçısı təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA