Baz redaktor DiN-in Baz Mütəzəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə çağrılıb

img

18-02-2011 [04:34]


?Yeni qəzet?in baş redaktoru Kamran Məhərrəmli ona gizli nömrədən olan hədə-qorxu zəngləri ilə bağlı daxili işlər naziri Ramil Usubova müraciət etmişdir. Müraciətlə bağlı baş redaktor DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb. Baş redaktor MİA-ya açıqlamasında bildirib ki, əvvəlcə mənə DİN-in və Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyi zəng edərək məsələnin tezliklə həll olunacağını, narahatçılığa əsas olmadığını və müraciətin nazirin nəzarətində olduğunu bilidirdilər. Sonra məni DİN BMCMİ-nin rəisi polis general-mayoru Mirqafar Seyidov qəbul etdi. İnanıram ki, məsələ yaxın günlərdə həllini tapacaq və günahkar şəxslər öz layiqli cəzasını alacaq. Kamran Məhərrəmli sonda onu da bildirdi ki, xalq arasında ?Bandotdel? kimi pis imiclə tanınan BMCMİ-nin rəhbərliyi, şəxsən cənab general Mirqafar Seyidov tərəfindən yüksək insani münasibət, mətbuata sayğı gördüm. Görünür düzgün nəticə çıxartmaq üçün ?Yüz dəfə eşitməkdənsə bir dəfə yerində tanış olmaq? yaxşıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA